Cənubi Koreyalı aktyor Li Sanq-bo gözlənilmədən dünyasını dəyişib. Narkotik ittihamlarından sonra ekranlara qayıdan 45 yaşlı aktyorun meyiti evində tapılıb.
Mərhumun cəsədi ailə üzvləri tərəfindən aşkarlanıb. Polis zorakılıq əlamətləri olmadığını bildirib, ölüm səbəbi araşdırılır.
Li Sanq-bo 2006-cı ildə “The Invisible Man Choi Jang-soo” serialı ilə tanınmışdı. Daha sonra “Man Who Dies to Live” və “Miss Monte-Cristo” kimi seriallarda rol almışdı.
2022-ci ildə narkotik istifadəsi ilə bağlı ittihamlarla gündəmə gələn aktyorun depressiya müalicəsi aldığı ortaya çıxmışdı. O, 2009-cu ildə baş verən faciəvi qəzada valideynlərini və bacısını itirdikdən sonra depressiyaya düşmüşdü.
Bütün bu olanlar onun karyerasına mənfi təsir göstərmişdi. Aktyor iki illik fasilədən sonra “The Elegant Empire” serialı ilə yenidən ekranlara qayıtmışdı.