Samirə Əfəndi gənclərə ailə qurma məsələsində dəyərli məsləhətlər verib.
Müğənni bildirib ki, sevgidə qərarlar qarşılıqlı olmalıdır, lakin son sözü kişinin deməsi zarafatdır. Əsas ortaq məxrəcə gəlməkdir, əks halda dava, ayrılıq və aliment qaçılmazdır. Dözmək hissi ilə evlənmək olmaz, vaxtından əvvəl və məcburi evliliklər də düzgün deyil.
Samirə Əfəndi xanımlara psixoloji təzyiqlərə hazır olmağı, qonşu və ya başqalarının sözləri ilə həyat qurmamağı tövsiyə edib. O, sosial şəbəkələrdə tanışlığın təhlükələrinə diqqət çəkib və qızlara tanımadıqları şəxslərin mesajlarına cavab verməməyi məsləhət görüb.
Samirə Əfəndi: “Ağ atlı oğlan” xülyasına inanmayın. İlon Mask belə istəsə, gəlib tapar, amma mən belə şeylərə inanmıram. Qızların ilk silahı təhsildir. Sosial şəbəkələr yaradıcılar üçün çıxış yolu olsa da, adi insanlar üçün tələdir. Qızlar, belə şeylərə inanmayın!”