Xalq artisti Röya Ayxan, həmkarı Aygün Kazımovanın repertuarından seçdiyi mahnı ilə bağlı maraqlı açıqlamalar verib.
Müğənni “İki başlı” proqramında bu barədə sualları cavablandırarkən, Pop kraliçasının repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. Lakin Röya mahnının adını hələlik sirr saxlayır.
“Mahnı seçdim və artıq oxudum. Yayda təqdim ediləcək. Həmin mahnı çıxanda siz hələ çox balaca idiniz. 1980-ci illərin sonlarında oxunan mahnıdır”, – deyə Röya Ayxan bildirib.
Xatırladaq ki, Aygün Kazımovanın sənət fəaliyyətinin 40 illiyinə həsr olunmuş “Best of Aygün” albomunun ikinci hissəsi aprelin 10-da təqdim olunacaq. Albomda 40 ifaçı yer alacaq və onlar Kazımovanın repertuarında olan 40 hit mahnını yenidən səsləndirəcəklər.