Azərbaycan Təhsilində Sensasiya: Universitetimiz Dünyanın Top-100-də!

News Image

Azərbaycan ali təhsilində tarixi an: BDU dünyanın ən yaxşı universitetləri sırasındadır!

2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə Azərbaycan 7 universiteti ilə təmsil olunur. Bu il reytinqə daxil olan universitetlərimizin sayı 2 dəfə, sahələrin sayı isə 4 dəfə artıb.

Bakı Dövlət Universiteti (BDU) ilk dəfə bu reytinqdə ilk 100-lüyə daxil olaraq böyük uğura imza atıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Dillər Universitetinin (ADU) nəticələri də yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) reytinqə yenidən daxil olub. Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Texniki Universiteti (AzTU) isə ilk dəfə bu reytinqdə yer alıblar.

Azərbaycan bu reytinqdə yer alan yeganə Cənubi Qafqaz ölkəsidir. Azərbaycan universitetlərinin mövqeyi Türkiyə, Qazaxıstan və Özbəkistandan daha yüksəkdir.

Reytinqdə dünyanın 100-dən çox ölkəsindən 1900-dək universitet və 21000-dən çox təhsil proqramı qiymətləndirilir. Qiymətləndirmə 5 əsas indikator əsasında aparılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə

0