Tramp Nato-ya Ultimatum Verdi: Xərcləri Artırmayanlar Yardımdan Məhrum!

News Image

Tramp komandası NATO üzvlərinə xəbərdarlıq etdi!

ABŞ Prezidenti Donald Trampın komandası, müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək verməyəcəyini bəyan edib.

Bu ölkələr alyansın qərarlarında iştirak hüququndan məhrum edilə və 5-ci maddədən yararlana bilməzlər.

ABŞ Almaniyadakı hərbçilərini geri çəkir?

Ağ Ev, NATO tərəfdaşlarının Hörmüz boğazında gəmiçilik fəaliyyətinə donanma göndərməkdən imtina etməsi səbəbindən Almaniyadakı hərbçilərini geri çağırmağı planlaşdırır. Bu plan hələ Brüsseldə rəsmi təqdim edilməyib və NATO-da yekdillik prinsipi səbəbindən fikir ayrılığı yarada bilər.

Xəbərdə deyilir ki, gələcək xərclərə qatılmayan ölkələr səsvermə hüququndan məhrum edilməlidir. İspaniya və Böyük Britaniyaya davranışlarının yolverilməz olduğunu göstərmək lazımdır.

Qeyd edək ki, ötən il Haaqada NATO üzvləri hərbi büdcələrin 2035-ci ilə qədər ÜDM-in 5%-inə çatdırılması barədə razılığa gəliblər, lakin İspaniya buna qarşı çıxır.

ABŞ və İspaniya arasında ziddiyyətlər

Birləşmiş Ştatlar və İsrailin İrana yönəlmiş hərbi addımlarından sonra Vaşinqtonla Madrid arasındakı ziddiyyətlər daha da kəskinləşib. İspaniya ilk olaraq bu cür əməliyyatları pisləyib. Krallıq, ABŞ-nin İrana qarşı hücumlar zamanı onun ərazisindəki hərbi bazalardan istifadə etməsinə etiraz edib.

Trampın Böyük Britaniyadan narazı qalmasının səbəbi isə Londonun başlanğıcda İrana qarşı əməliyyatlar üçün öz bazalarından istifadəyə razılıq verməməsi olub.

0