Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya işgüzar səfər edəcək. Bu barədə Paşinyan İrəvanda yerli sakinlər ilə görüş zamanı məlumat verib.
Baş nazir qeyd edib ki, Rusiya ilə Ermənistan arasında əlaqələr davamlı xarakter daşıyır və səfər bu əməkdaşlığın növbəti mərhələsi olacaq.
Səfərin detalları və gündəliyi hələlik açıqlanmır. Gözlənilir ki, görüşdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunacaq.