İlham əliyevin Gürcüstan Səfirliyinə Başsağlığı Ziyarəti: Mətbuatda Geniş əks-səda

News Image

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə başsağlığı ziyarəti qonşu ölkənin aparıcı KİV-lərinin diqqət mərkəzinə düşüb. Gürcüstanın aparıcı informasiya portalları və ictimai televiziyası bu hadisəni geniş şəkildə işıqlandırıb.

Xəbərlərdə səfir Zurab Pataradzenin Prezident İlham Əliyevi qarşıladığı və dövlət başçımızın matəm kitabına ürək sözlərini yazdığı qeyd olunur. Prezident İlham Əliyev, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin xatirəsinin Azərbaycanda daim ehtiramla xatırlanacağını vurğulayıb.

Materiallarda Prezidentin II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara həsr etdiyi, dinlərarası dialoqun təşviqinə verdiyi töhfələr xüsusi qeyd olunur. Dövlət başçısının Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna dair fikirləri də geniş əksini tapıb.

1