Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olaraq, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
Səfir Zurab Pataradze dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb və səfirlə qısa söhbət edib.
Prezident İlham Əliyev, II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara həsr etdiyini, dinlərarası dialoqun təşviqinə verdiyi önəmi qeyd edərək, onun xatirəsinin Azərbaycanda daim ehtiramla xatırlanacağını vurğulayıb. O, Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin rolunu xüsusi qeyd edib.
Zurab Pataradze başsağlığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.