ABŞ-ın İrana qarşı hərbi kampaniyası hələ bitməyib. Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Trampın sözlərinə görə, əsas işlər görülüb, lakin bu son deyil. Hələ görüləsi işlər var. O, Vaşinqtonun İran ərazisində əlavə 3554 hədəfi vuracağını bildirib. Amerika lideri bu prosesin qısa zamanda reallaşacağını da qeyd edib.
Son həftələrdə Tramp ABŞ-ın İranla hərbi münaqişədə onsuz da qalib gəldiyini dəfələrlə deyib. Lakin opponentləri onu İrana qarşı əməliyyatların məqsədini izah etməməkdə günahlandırırlar.
Xatırladaq ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyi açıqlanmışdı. Daha sonra Tramp ABŞ-ın da bu əməliyyatda iştirak etdiyini bildirmişdi. İran isə cavab olaraq İsrailə ballistik raketlər atmışdı. Martın 1-də isə İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü iddia olunub.
Həmçinin İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə raket zərbələri endirib. Hörmüz boğazından keçən gəmilərin hərəkətində də problemlər yaranıb.