Səhiyyə Nazirliyində kadr dəyişikliyi baş verib.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva vəzifəsindən azad edilib. Onun yerinə baş həkim Nurlana Əliyeva təyin olunub.
Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Nazirlikdən fakt təsdiqlənib.
Məlumat üçün bildirək ki, Mətanət Əfəndiyeva bu vəzifəyə 2024-cü ilin yanvar ayında təyin edilmişdi.