Şimali Koreya liderinin bacısı Kim Yo Çjon dünyanın ən təhlükəli qadını hesab olunur.
Şimali Koreya üzrə ekspert Son-Yun Li, Kim Yo Çjonun Şimali Koreya iyerarxiyasında faktiki olaraq ikinci şəxs olduğunu bildirib. Onun sözlərinə görə, nüvə silahına malik ölkələrdə bu qədər gücə malik qadın olmayıb.
Kim Yo Çjon həm də Şimali Koreya diplomatiyasının arsenalında misli görünməmiş bir silahdır. Onun mehribanlığı ABŞ prezidenti Donald Trampı tərksilah etməyə kömək edə bilərdi.
Ekspertlər Kim Yo Çjonun gələcəkdə ölkə lideri olub-olmayacağını da müzakirə edirlər.
Qeyd edək ki, Kim Çen In bacısı Kim Yo Çjonu partiya Mərkəzi Komitəsində yüksək vəzifəyə təyin edib.