Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, aprelin 1-də Moskva şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşəcəkdir.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında olan münasibətlərin indiki durumu və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunacaq.
Bundan əlavə, Avrasiya məkanında inteqrasiya sahəsində əməkdaşlıq, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı kimi regional məsələlərə də xüsusi diqqət yetiriləcəkdir.
Nikol Paşinyanın Moskvaya səfəri işgüzar xarakter daşıyır.