Erməni millətçiləri mifik “Böyük Ermənistan” xülyası ilə soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımlar törədiblər. 1918-ci ilin mart-aprelində Bakı Sovetinin daşnak-bolşevik dəstələri Bakıda xüsusi qəddarlıqla qırğınlar törətdilər.
Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycan dövləti daim həqiqətləri ifşa edən prinsipial mövqe nümayiş etdirib. Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında on minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, işgəncələrə məruz qalıb. Bakı Soveti qoşunları və erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, on minlərlə insanı öz torpaqlarından qovub.
Prezident İlham Əliyev Soyqırımı Memorial Kompleksinin açılışında deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər”. 1998-ci ildən etibarən hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.