Xalq artisti Rasim Balayev dünyasını dəyişib. Aktyorun vəfatı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, Rasim Balayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bir neçə gün əvvəl vəziyyəti qəfil pisləşən aktyor reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xalq artisti ötən il Bakıda əməliyyat olunmuş, daha sonra kimyaterapiya kursları keçmişdi.
Rasim Balayev həmçinin ağciyər xərçəngi və yüksək şəkər xəstəliyindən də əziyyət çəkirdi. O, 77 yaşında İstanbulda yerləşən xəstəxanaların birində dünyasını dəyişib.
Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri və bir çox məşhur filmlərdə yaddaqalan rolların ifaçısıdır.
Rasim Balayevin kino yaradıcılığı
- “Ulduzlar sönmür” (ilk rolu)
- “Nəsimi”
- “Babək”
- “Dədə Qorqud”