Qoyanın şah əsərləri İspaniyada Dövlət Mülkiyyəti Elan Edildi

News Image

İspaniya məhkəməsi rəssam Fransisko Qoyanın iki kral portretinin dövlətə məxsus olduğunu təsdiqləyib. Ali Məhkəmə “Altadis” şirkətinin şikayətini rədd edərək, əsərlərin əvvəlcə kral, sonra isə dövlət mülkiyyəti olduğunu bildirib. Məhkəmənin qərarına əsasən, tabloların şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnu dəyişməyib. Söhbət 1789-cu ildə çəkilmiş IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.

1