Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrı yenidən qapılarını açdı. Əsaslı təmirdən sonra fəaliyyətə başlayan teatrın açılış mərasiminə Rusiya Prezidenti Vladimir Putin
Təntənəli tədbir Beynəlxalq Teatr Günündə baş tutub. Putin, teatr işçilərini və tamaşaçıları təbrik edərək, bu hadisənin Dağıstan və Rusiya üçün əhəmiyyətini vurğulayıb.
Rusiya lideri, Dərbənddəki teatrın açılışının qonşu Qafqaz ölkələri üçün də xüsusi önəm daşıdığını bildirib. O, Moskva və Bakı arasındakı əlaqələrin zəngin mədəni irsə əsaslandığını qeyd edib.