Bu gün Beynəlxalq Teatr Günüdür!
Hər il martın 27-si dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Bu əlamətdar gün, Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada baş tutan IX konqresində qəbul edilmiş qərara əsaslanır.
Hər il teatr sahəsində tanınmış şəxslər bu münasibətlə dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin banisi, 1962-ci ildə ilk mesajı göndərən fransız yazıçı Jan Kokto olmuşdur.
Beynəlxalq Teatr Günü münasibətilə dünyanın hər yerində, o cümlədən Azərbaycanda müxtəlif tədbirlər və tamaşalar təşkil olunur.
Qeyd edək ki, Azərbaycanda Milli Teatr Günü martın 10-da qeyd olunur. Məhz həmin gün, 1873-cü ildə Bakıda ilk teatr tamaşası göstərilmişdir. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə teatr həvəskarları ilk addımlarını atmışlar.