İstanbulda azərbaycanlılar restorana silahlı hücum edib.
Mərmərə bölgəsinin Təpə məhəlləsində baş verən hadisədə maskalı iki şəxs restorana atəş açıb. Nəticədə restoran ziyana düşüb, müştərilər panikaya qapılıb.
Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub. Aparılan araşdırmalar nəticəsində hücum edənlərin azərbaycanlı E.C. və A.K. olduğu müəyyən edilib.
Şübhəlilər cinayətdə istifadə etdikləri silah və geyimlərlə birlikdə saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.