İran Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı Əli Fuladvəndin öldürülməsi ilə bağlı iddialar ortaya çıxıb. Məlumata görə, hadisə Borucerd şəhərində baş verib.
“Al Hadath” telekanalının yaydığı xəbərə əsasən, Əli Fuladvənd Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Mərkəzinə rəhbərlik edib. Telekanal onun İsrail və ABŞ-ın birgə əməliyyatı nəticəsində öldürüldüyünü iddia edir.
Hadisənin 28 mart tarixində baş verdiyi bildirilir. İran hakimiyyəti hələlik bu məlumatı rəsmən təsdiqləməyib.