Dubayda şok iddia: İranın raket hücumlarını lentə alan 70-ə yaxın Britaniya vətəndaşı saxlanılıb. Onlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) raketlərin vurduğu dağıntıları telefonları ilə çəkdikləri üçün həbs olunublar.
Hüquq müdafiəçisi Radha Stirlinq bu rəqəmin daha da arta biləcəyini deyir. Onun sözlərinə görə, ilin sonuna qədər həbs olunanların sayı 150-yə çata bilər.
Rəsmi reaksiya: Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCDO) isə hadisə ilə bağlı yalnız az sayda vətəndaşına konsulluq yardımı göstərdiyini bildirib. Britaniya səfiri məsələni BƏƏ hakimiyyəti ilə müzakirə edir.
Səbəb nədir? Məlumata görə, bəzi Britaniya vətəndaşları sadəcə təhlükəsizliklə bağlı xəbərləri paylaşdıqları üçün saxlanılıblar. Bu hadisələr İranın ABŞ və İsrailin zərbələrinə cavab olaraq regiondakı ölkələrə raket hücumlarından sonra baş verib.