“Azəriqaz” İstehsalat Birliyi məlumat yaydı: Sumqayıtda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq şəhərin bir sıra ərazilərində, o cümlədən 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonlarında yaşayan abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təxminən 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən dayandırılacaq. Təmir-bərpa işləri bitdikdən sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.