Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda güclü yağışlar nəticəsində qaya uçqunu baş verib.
Hadisə, Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qeydə alınıb. İntensiv yağıntılar səbəbindən yola iri qaya parçaları düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunaraq, qaya parçaları təmizlənib və yolun hərəkəti qısa zamanda bərpa edilib.