Tarixçi alim Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub.
Bakının Əmircan kəndində yerləşən tarixi ev, uzun illərdir yağıntıların təsirindən ciddi zərər görüb. Nəticədə binanın bir hissəsi dağılıb və tamamilə məhv olmaq təhlükəsi yaranıb.
Kənd sakinləri bildirirlər ki, evin bünövrəsi çöküb və daşlar küçəyə dağılır. Onlar tarixi binanın tamamilə məhv olacağından narahatdırlar.
Xatırladaq ki, Xalq şairi Sabir Rüstəmxanlı da Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndindəki ev-muzeyinin acınacaqlı vəziyyəti barədə narahatlığını ifadə etmişdi.
Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakının Əmircan kəndində anadan olub. O, Bakı xanları nəslindən idi və uşaqlığını Abşeronun müxtəlif kəndlərində keçirib.