Diqqət! Bu gündən etibarən Azərbaycanda küçələrdə elektron siqaret çəkmək qadağandır.
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Aprelin 1-dən etibarən qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai məkanlarda elektron siqaret istifadə edənlər 30 manat məbləğində cərimə olunacaqlar.
Xatırladaq ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi də qadağan edilmişdir.