İtaliyada Paraşütçü Sınaq Zamanı Həlak Oldu: Detallar

News Image

İtaliyada təcrübəli paraşütçü Simone Bakkiyeqa yeni paraşütünü sınaqdan keçirərkən faciəvi şəkildə həyatını itirib. Hadisə onun 4 min metr yüksəklikdən atlayış etdiyi zaman baş verib.

Məlumata görə, Bakkiyeqa eniş zamanı istiqamətini tənzimləməyə çalışsa da, paraşütün idarəsini itirib və nəticədə yerə sərt şəkildə çırpılıb.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

2