İsmayıllı rayonunda ağır yol qəzası baş verib. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verən hadisədə iki nəfər həyatını itirib.
Sürücü Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlər – 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız körpə hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişinlər – 21 yaşlı Rahil Qurbanov, 5 yaşlı qız və 7 yaşlı oğlan isə xəsarət alıblar. Yaralılar Qəbələ rayonunun Yenikənd kənd sakinləridir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.