Bakıda tarixi bina qəzalı vəziyyətdə! Nəsimi rayonunda yerləşən, təxminən iki əsrə yaxın yaşı olan yaşayış binası sakinləri narahat edir. Binanın təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə daha iki mərtəbə əlavə olunub.
Sakinlər bildirirlər ki, bina uzun illərdir qəzalı vəziyyətdədir. Divarların nəm çəkməsi səbəbindən mənzillərdə təmir işləri aparmaq belə mümkünsüz hala gəlib.
Mədəni İrsin Qorunması Xidməti bildirir ki, layihə təsdiq edildikdən sonra abidənin bərpası mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. Nəsimi Rayon MKTB isə binanın gələcək taleyi ilə bağlı razılaşdırma işlərinin aparıldığını qeyd edib.