Bakıda güclü yağışlar bir sıra ərazilərdə fəsadlar yaradıb. Xüsusilə Sabunçu Dəmiryol Vağzalının ətrafı və Sulutəpə qəsəbəsinin bəzi küçələri su altında qalıb.
İntensiv yağıntılar nəticəsində yollarda suyun səviyyəsi yüksəlib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti xeyli çətinləşib. Sakinlər və sürücülər ciddi problemlərlə üzləşirlər.