Bakıda Güclü Yağış: Kollektorlarda Problemlər Yarandı – Rəsmi Açıqlama

News Image

Bakıda güclü yağışlar səbəbindən bəzi ərazilərdə su basqınları müşahidə edilir. Bakı Şəhər İcra Hakimiyyəti bu barədə məlumat yayıb.

İcra Hakimiyyətindən bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Məlumata görə, normadan artıq yağan yağış kollektor sistemlərinin həddindən artıq yüklənməsinə səbəb olub. Bu da öz növbəsində bəzi ərazilərdə suyun kənarlaşdırılmasını çətinləşdirib.

Su basqınları olan ərazilər monitorinq qrupları vasitəsilə müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur. Hazırda müvafiq qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir.

0