Azərbaycanın Dağlıq Rayonlarına Qar Yağdı: Son Məlumatlar

News Image

Dağlıq ərazilərdə qar yağdı

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir. Bəzi dağlıq rayonlara qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 49 sm, Zaqatalada (Əlibəy) 11 sm, Qaxda (Sarıbaş) 10 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 33 mm, Şəkidə (Kişçay) 32 mm, Zaqatalada 23 mm, Oğuzda 20 mm, Balakən və Şahdağda 17 mm, Xaçmazda 10 mm, Qəbələdə 9 mm, Naxçıvan və Şahbuzda 8 mm, Şəmkirdə 7 mm, Qusarda 6 mm, Gəncədə 5 mm, Culfa, Yevlax, Ordubad, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Tovuz, Mingəçevir, Göyçay, Ağdam, Daşkəsən, Göygöl, Goranboy, İsmayıllı, Quba, Tərtər, Kəlbəcər, Şuşa və Bərdədə 5 mm-dək qeydə alınıb.

Martın 30-da bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Lerikdə 19 m/s, Yardımlıda 18 m/s, Zəngilanda 17 m/s, Astarada 16 m/s, Zaqatala və Oğuzda 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Quba, Qusar, Tərtər, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

0