Samsung Smartfonlarında Söndürülməsi Vacib Funksiyalar

News Image

“Samsung” smartfonlarında istifadəni asanlaşdırmaq üçün bəzi funksiyaları söndürmək tövsiyə olunur.

Mütəxəssislər “Samsung” klaviaturasının əvəzinə başqa klaviaturadan istifadə etməyi məsləhət görürlər. Bildirilir ki, bu klaviaturada avtomatik düzəliş zəifdir və səsli giriş funksiyası da effektiv deyil.

Bundan əlavə, bildirişlərin bölünməsi funksiyası da faydasız hesab edilir. Ekranın kənarından sürüşdürmə ilə açılan yan panellər də istifadəni çətinləşdirir, ona görə də söndürülməsi məqsədəuyğundur. Həmçinin, “Samsung Wallet” üçün olan qısayol da deaktiv edilməlidir.

Ekran görüntüsü almaq üçün nəzərdə tutulan sürüşdürmə jesti də söndürülə bilər. Bu funksiya nəzəri cəhətdən rahat olsa da, praktikada tez-tez təsadüfən aktivləşir.

1