Martın 14-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.