Sabah Bakıda Və Bölgələrdə Hava Necə Olacaq? – Proqnoz

News Image

Sabahın Hava Proqnozu: Martın 20-də Azərbaycanı Nələr Gözləyir?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın qərb rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntılar, şimşək və dağlıq ərazilərdə dolu düşməsi ehtimalı var. Bəzi ərazilərdə duman olacaq. Qərb küləyi əsasən güclü əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

0