Türkiyəli Məşhur Aktyorlar Halit Ergenç Və Rıza Kocaoğlu Həbs Edildilər

Türkiyəli Məşhur Aktyorlar Halit Ergenç Və Rıza Kocaoğlu Həbs Edildilər
Türkiyəli məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu barədə həbs qərarı verilib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onlar Ayşe Barımın Gəzi Parkı istintaqı zamanı "yalançı ifadə" verdikləri üçün mühakimə olunduqları iş üzrə həbs cəzası alıblar. Belə ki, hadisə ilə bağlı Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə hökm oxunduqdan sonra Ergenç hakimə "Deməli yalan danışmışam?" – deyə sual verib. Demək olar ki, ruhdan düşmüş kimi görünən Ergenç hakim qərardan apellyasiya şikayəti verə biləcəyini xatırladanda "etiraz edəcəyik" deyərək cavab verib. Ergenç mətbuat mənsublarının suallarını cavablandırmadan "sonra" deyərək ədliyyəni tərk edib.

Mənbə: https://sonxeber.az