Türkiyəli keçmiş "Yeşilçam" aktyoru Mehmet Serdar sosial mediada tanış olduğu qadın tərəfindən öldürülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Beşiktaşda baş verib. Belə ki, Serdar sosial şəbəkədə tanış olduğu universitet tələbəsi qızı evinə dəvət edib. Burada onlar arasında mübahisə yaranıb. Şübhəli qız aktyoru bıçaqla vurub və daha sonra qaçıb.
62 yaşlı aktyor hadisə yerində həyatını itirib.
20 yaşlı şübhəli Fatma Gülsüm P. qaçarkən tutulub.
Gənc qız ilk ifadəsində Sulukahyanın ona cinsi təcavüz etdiyini və bu səbəbdən ona bıçaqla hücum etdiyini iddia edib.
Faktla bağlı istintaq başladılıb.
Mənbə: https://sonxeber.az