Yeşilçamın unudulmaz simalarından biri olan və Türk kinosunun əfsanəsinə çevrilmiş Adile Naşitin həyatını ekranlara daşıyacaq "Adile" filmi üçün hazırlıqlar sürətlə davam edir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, filmin rejissor kürsüsündə, duyğusal dərinliyi ilə tanınan məşhur rejissor Çağan Irmak əyləşir. Filmin prodüserliyini isə BKM həyata keçirir.
Filmdə Adile Naşiti, Berlinale Film Festivalında Gümüş Ayı mükafatına layiq görülmüş istedadlı aktrisa Meltem Kaptan canlandıracaq. Kaptanın, nəsillərin yaddaşında qəhqəhəsi və şirin obrazları ilə iz qoymuş bu əfsanəvi sənətçiyə həyat verəcək olması kino cameəsində böyük maraqla qarşılanıb. Onun səhnə enerjisinin və aktyorluq qabiliyyətinin Adile Naşitin sevgi dolu və özünəməxsus şəxsiyyəti ilə birləşərək yadda qalan bir performansa çevriləcəyi gözlənilir.
Filmdə Adile Naşitin həm səhnə, həm də həyat yoldaşı olan Kemal Sunal obrazını isə gənc aktyor Berkay Tulumbacı canlandıracaq. Bu məsuliyyətli rola görə Tulumbacı ciddi hazırlıq mərhələsinə daxil olub. Fiziki bənzərliklə yanaşı, ruhani oxşarlıq yaratmaq məqsədi ilə çalışan aktyor, Türk kino tarixinin sevilən siması Kemal Sunalı uğurla təcəssüm etdirməyə çalışacaq.
"Adile" filmi, Türk kinosevərlərinin yaddaşında iz qoymuş iki əfsanənin həyat hekayəsini yenidən gündəmə gətirəcək.
Mənbə: https://sonxeber.az