"Medcezir" Serialının çəkildiyi Məşhur Villa Satışa çıxarıldı

2013–2015-ci illərdə yayımlanaraq milyonlarla tamaşaçının sevimlisinə çevrilən "Medcezir" serialı, təkcə güclü aktyor oyunu ilə deyil, eyni zamanda yadda qalan məkanları ilə də ekran tarixində iz qoymuşdu. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, serialda romantik anların yaşandığı, Mira ilə Yamanın hiss dolu səhnələrinin çəkildiyi məşhur villa artıq yeni sahibini gözləyir. İstanbulun Tuzla bölgəsində yerləşən və serialın unudulmaz səhnələrinə ev sahibliyi etmiş bu dəbdəbəli villa satışa çıxarılıb. Villaya 340 milyon TL – yəni təxminən 18.7 milyon manat dəyər qoyulub. Baş rollarında Serenay Sarıkaya və Çağatay Ulusoyun yer aldığı "Medcezir" serialının pərəstişkarları üçün bu villa xüsusi önəm daşıyır. Mira və Yaman obrazlarının duyğusal görüşlərinə şahidlik edən bu ev, bir dövrün simvoluna çevrilmişdi. Xüsusi üzgüçülük hovuzu, geniş yaşıllıq sahəsi və dəniz mənzərəli terrasları ilə seçilən villa, serial yayımlanarkən belə yüzlərlə izləyicinin ziyarət ünvanına çevrilmişdi. Bu gün də populyarlığını qoruyub saxlayan bu məkan, yalnız bir yaşayış yeri deyil, həm də Türkiyə televiziya tarixində iz buraxmış bir dövrün simvolik xatirəsidir.

Mənbə: https://sonxeber.az