Toyda şou: Rəqqasənin Hədiyyə Performansı Qonaqları Heyran Etdi!

News Image
thumb
thumb

Türkiyədə baş tutan bir toy mərasimi, rəqqasənin özəl hədiyyə təqdimatı ilə yadda qalıb. Rəqqasə Hilal Adıgözəl, evlənən yaxın rəfiqəsinə unikal bir sürpriz hazırlayıb.

Adıgözəl, hədiyyəsini təqdim etmək üçün səhnəyə çıxaraq, enerjili rəqs performansı ilə qonaqları heyran qoyub. Bu özəl anları sosial media hesabında paylaşan rəqqasə, zarafatla “Ailə arasında kiçik bir şou dedilər… mən bir az şişirtdim deyəsən” şərhini əlavə edib.

Onun dinamik çıxışı toy iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar bu fərqli və əyləncəli performansı alqışlarla dəstəkləyiblər.

Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər, izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb və qısa zamanda geniş auditoriyaya çatıb.

6