Müğənni Rəqsanə İsmayılova illər sonra etdiyi etiraf ilə diqqət çəkib. Sənətçi uşaqlıq xatirələrindən danışarkən maraqlı bir hadisəni bölüşüb. O bildirib ki, Gəncədə yaşadıqları dövrdə bazarda anası ilə birlikdə olarkən “Çinar” şokoladını çox istəyib, lakin anasının pulu çatmadığı üçün şokoladı ala bilməyiblər.
Rəqsanə xanım həmin an özünü saxlaya bilmədiyini və şokoladlardan birini gizlicə götürərək pulunu ödəmədən yediyini etiraf edib. O, hətta şokoladı evə aparmağa belə səbr etməyərək elə oradaca yediyini qeyd edib.
Sənətçinin bu səmimi etirafı sosial mediada geniş rezonans doğurub. İzləyicilərin bir qismi bu hərəkəti uşaqlıq səhvi kimi qiymətləndirərək normal qarşılasa da, bəziləri tənqidi fikirlər səsləndiriblər.