Teleaparıcı İdris Cəfərov mərhum reper Hüseyn Dərya ilə bağlı şok iddialar səsləndirib. O, reperin keçmiş prodüseri ilə münasibətlərində yaranan problemlərdən danışıb.
İdris Cəfərov bildirib ki, Hüseyn Dərya onu aldadaraq, iş olmadığını desə də, eyni məkanlarda onsuz çıxışlar edib. Prodüser məkan sahibləri ilə əlaqə saxlayaraq, ifaçının yalanını üzə çıxarıb. Bu səbəbdən bir sıra məkanlarda Dəryanın çıxışlarına son qoyulub.
Teleaparıcı əlavə edib ki, həmin illərdə Hüseyn Dəryanın televiziyalarda “qara siyahı”ya düşməsi münasibətləri daha da korlayıb. Nəticədə, onların əlaqələri tamamilə kəsilib.
Cəfərovun sözlərinə görə, Dərya pul ehtiyacı və pis vərdişləri ucbatından ona yalan danışıb. O, eyni məkanlara prodüseri olmadan gedib. Məkan sahibləri bu vəziyyəti Cəfərova bildiriblər və Hüseyn Dəryanın həmin məkanlarda çıxışına qadağa qoyulub.
Qeyd edək ki, bu açıqlamalar sosial mediada geniş müzakirələrə səbəb olub.