Aparıcı Nanə Ağamalıyeva Gözlərindən əməliyyat Keçirdi: ‘çox Həyəcanlıyam!’

News Image

Aparıcı Nanə Ağamalıyeva illər sonra yenidən göz əməliyyatı keçirib. O, bu xoş xəbəri sosial media hesabında bölüşüb. Nanə uzun illərdir görmə problemi yaşadığını və bu problemin onu çox narahat etdiyini bildirib.

Nanə Ağamalıyeva:

“2013-cü ildən etibarən hər iki gözüm zəifləmişdi. 13 il ərzində +3.5 ölçülü linza və eynəkdən istifadə edirdim. Nəhayət, bu gün əməliyyat olundum. Bu əməliyyatda yaxın və uzaq görmənin bərpası üçün linza tətbiq olundu. Artıq həm yaxını, həm də uzağı ideal şəkildə görürəm.”

O, əvvəllər göz rəngini dəyişdirdiyini də qeyd edərək, bu cür əməliyyat keçirən pasiyentlərin də linza əməliyyatına müraciət edə biləcəyini vurğulayıb.

Aparıcı, eynəksiz görməyin onun üçün inanılmaz olduğunu və bunun həyatında yeni bir səhifə açdığını bildirib. “Bu gün həyatımda xüsusi bir gündür. İlk dəfədir ki, uzun illərdən sonra hər şeyi bu qədər aydın, parlaq görürəm” – deyə Nanə əlavə edib.

Xatırladaq ki, Nanə Ağamalıyeva daha öncə də göz rəngini dəyişdirmək üçün əməliyyat keçirmişdi.

1