Sayğacda Pul Itkisi? “azərişıq”dan Izah: Balans Niyə Azalır?

News Image
thumb
thumb

Gəncə və digər bölgələrdə sakinlər elektrik sayğaclarına yüklədikləri vəsaitlərdə uyğunsuzluqdan şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, karta yüklənən məbləğlə sayğacdakı vəsait arasında fərq yaranır.

Şikayətlərə əsasən, əvvəlcədən ödənişli sayğaclara pul yüklədikdə belə, hər dəfə müəyyən məbləğ çıxılır. “10 manat yükləyirik, 2-3 manat silinir” – deyə sakinlər narazılığını bildirirlər. Onlar qaynar xəttə müraciət etdikdə borcun olduğunu eşidirlər, lakin əvvəlcədən ödənişli sistemdə borcun necə yarandığını anlaya bilmirlər.

Bəzi abonentlər isə işıq sönərkən götürdükləri kreditin ödənişindən sonra da əlavə tutulmaların davam etdiyini qeyd edirlər.

“Azərişıq” ASC məsələyə aydınlıq gətirib. Qurumdan bildirilib ki, tutulmaların əsas səbəbi 2026-cı ilin yanvarından tətbiq edilən sabit tariflərlə bağlıdır. Proqram təminatındakı təkmilləşdirmələr səbəbindən yanvar ayının sabit tarif ödənişi fevral hesabatı ilə üst-üstə düşüb.

0