Ultra işlənmiş qidalar ürək üçün təhlükəlidir! Aparılan araşdırmalar yüksək miqdarda ultra işlənmiş qida istehlakının ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırdığını göstərir.
Amerika Kardiologiya Kollecinin məlumatlarına əsasən, gündə 9 porsiyadan çox ultra işlənmiş qida qəbul edən şəxslərdə ciddi ürək problemləri riski, gündə bir porsiya qəbul edənlərə nisbətən 67% daha yüksəkdir. Bu qidalara çips, dondurulmuş yeməklər, işlənmiş ət məhsulları və şəkərli içkilər daxildir.
Tədqiqatda 45-84 yaş arası 6814 nəfərin məlumatları analiz olunub. Nəticələr göstərib ki, gündə orta hesabla 9,3 porsiya ultra işlənmiş qida qəbul edənlərdə koronar ürək xəstəliyi, infarkt və insult riski 67% artıb.
Riskdən necə qorunmalı?
- İstehlak etdiyiniz qidaların tərkibinə diqqət yetirin.
- Qida etiketlərini oxuyun. Ultra işlənmiş qidalarda şəkər, duz, yağ və karbohidrat miqdarı yüksək olur.
- Sağlam alternativlərə üstünlük verin: yulaf, qoz-fındıq, paxlalılar, meyvə və tərəvəz.