Avstriya hökuməti 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır. Hakim koalisiyası bu məsələdə razılığa gəlib.
Məhdudiyyətin əsas məqsədi uşaqları zərərli alqoritmlərdən və neqativ məzmundan qorumaqdır. Yeni qanunun layihəsi üzərində işlər iyul ayında başlayacaq, lakin qüvvəyə minmə tarixi hələlik açıqlanmayıb.
Xatırladaq ki, Avstriya bundan əvvəl 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edən ilk ölkə olmuşdu.