Sabahdan Azərbaycanda Məktəblər Açılır: Dərslər Başlayır!

News Image

Diqqət! Sabahdan etibarən Azərbaycanın bütün təhsil ocaqlarında dərslər yenidən başlayır.

Novruz və Ramazan bayramları münasibətilə verilmiş tətil başa çatır. Şagirdlər və müəllimlər yenidən tədris prosesinə qayıdırlar.

Xatırladaq ki, mart ayının 20-dən 30-dək olan günlər bayram tətili idi. Şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə 11 gün davam edən tətil başa çatır.

31 mart – bayramdan sonrakı ilk iş günüdür. Bütün şagirdlərə və müəllimlərə yeni tədris həftəsində uğurlar arzu edirik!

1