Kartofları Aylarla Təzə Saxla: Qənaətli Saxlamanın Sirri

News Image

Mətbəximizin əvəzolunmaz tərəvəzi olan kartof, düzgün saxlanılmadıqda tez bir zamanda cücərir və keyfiyyətini itirir. Amma indi torbalarla alınan kartofları uzun müddət təzə saxlamağın asan bir yolu var.

Kartofları təzə saxlamaq üçün ən yaxşı üsul: Kartof torbasının və ya qabının içinə bir ədəd təzə alma qoymaqdır. Alma yetişmə prosesində etilen qazı ifraz edir. Bu qaz bəzi meyvələri tez xarab etsə də, kartoflara əks təsir göstərir: hüceyrə bölünməsini ləngidir və cücərməni dayandırır. 10 kq kartof üçün bir alma kifayətdir.

Kartofları saxlamağın digər yolları:

* Qaranlıq yer: Kartoflar işığa məruz qaldıqda tez cücərir. Onları qaranlıq yerdə saxlayın.
* Hava sirkulyasiyası: Kartofları neylon torbalarda saxlamayın. Parça torbalar və ya səbətlərdən istifadə edin.
* Soğanla birlikdə saxlamayın: Soğan rütubətli olduğu üçün kartofların tez xarab olmasına səbəb olur.
* Quru bitkilər: Kartofların arasına quru nanə, adaçayı və ya lavanda səpin.

Nanənin faydası: Quru nanə kartofların daha uzun müddət təzə qalmasına kömək edir və pis qoxuları aradan qaldırır.

0