Paytaxtda təmizlik işləri aparılıb
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, bu gün Bakı şəhərinin kommunal xidmətləri tərəfindən genişmiqyaslı təmizlik işləri həyata keçirilib. Küçələr, yol kənarları, həyətlər və məhəllələr tozdan təmizlənib, yaşıllıqlara qulluq göstərilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası şəhərin 555 əsas küçəsini, prospektini və məhəllədaxili yollarını yuyucu maddələrlə yuyub.
Bütün rayonları əhatə edən bu tədbirlər, bir müddət əvvəl baş verən güclü yağışların nəticələrinin aradan qaldırılmasına və Bakının daha da gözəlləşməsinə töhfə verib.