Minatəmizləyənlərin Ailələrinə Dövlət Dəstəyi: Prezident Təqaüdü!

News Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minatəmizləmə zamanı həlak olanların ailələrinə dəstək məqsədilə fərman imzalayıb. Fərmana əsasən, həmin şəxslərin ailə üzvlərinə aylıq 700 manat məbləğində Prezident təqaüdü veriləcək.

Təqaüd aşağıdakı şəxslərə ödəniləcək:

  • Dul arvad (ər) və valideynlər.
  • 18 yaşa çatmamış övladlar, yaxud əlilliyi olan 18 yaşdan yuxarı övladlar (23 yaşa qədər təhsil alanlar daxil olmaqla).
  • Uşaq evlərində tərbiyə olunan qardaş və bacılar.
  • Birinci növbədən digər qohumu olmayan baba və nənələr.

Təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək. Bu fərman, qüvvəyə mindiyi tarixdən əvvəl həlak olan minatəmizləyənlərin ailələrinə də şamil olunur.

1