ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran ərazisində mümkün quru əməliyyatlarına hazırlıq görür. Bu əməliyyatların bir neçə həftə davam edəcəyi proqnozlaşdırılır.
“The Washington Post” qəzetinin məlumatına əsasən, potensial quru əməliyyatları ABŞ qüvvələrinin İrana genişmiqyaslı hərbi müdaxiləsini deyil, xüsusi təyinatlı qüvvələrin və adi quru qoşunlarının iştirakı ilə həmlələri əhatə edə bilər.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt nəşrin məqaləsini şərh edərək, Pentaqonun vəzifəsinin Donald Trampa maksimum hərəkət azadlığını təmin etmək üçün hazırlıq aparmaq olduğunu vurğulayıb. O əlavə edib ki, bu, prezidentin qərar qəbul etdiyi anlamına gəlmir.