Makron Bərzaniyə Zəng Etdi: Fransa İraq Kürdüstanını Dəstəkləyir

News Image

Fransa Prezidenti Emmanuel Makron İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə telefonla danışıb. Danışıqlar Dəhükdəki iqamətgahına edilən hücumdan sonra baş tutub.

Makron özünün “X” sosial media hesabında bu barədə məlumat verib. O, Bərzaniyə dəstəyini ifadə edərək, baş verən hücumu qəbuledilməz adlandırıb. Prezident, bu hadisənin İraq dövlət qurumlarına qarşı artan hücumlar fonunda baş verdiyini vurğulayıb.

Fransa Prezidenti son hücum zamanı həyatını itirən altı peşmərgənin ailələrinə başsağlığı verib. O, İraqın suverenliyinin və Kürdüstan Regionunun sabitliyin təmin edilməsində vacib rol oynadığını qeyd edib. Makron, İraqın hazırkı eskalasiyaya cəlb olunmaması üçün hər cür səy göstərilməsinin vacibliyini vurğulayıb. Fransa İraqdakı tərəfdaşlarını dəstəkləməyə davam edəcək.

1